Accessibility links

Barak Obama: Asiya ilə ticarət Amerika iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir


ABŞ prezidenti Barak Obama Asiya ilə ticarətin Amerika iqtisadiyyatına böyük əhəmiyyəti olduğunu deyib.

Həftəlik radio müraciəti zamanı dövlət başçısı ABŞ-ın iqtisadi artımı üçün idxalın genişləndirilməsinin vacibliyini vurğulayıb. Barak Obama deyib ki, ABŞ iqtisadi baxımdan inkişafı üçün əsas ticarət partnyoru olan Asiya ilə ticarət əlaqələrini genişləndirməlidir.

Prezident idxalın 5 faiz artırılmasının yüz minlərlə yeni iş yerinin açılmasına xidmət edəcəyini deyib. Ağ Evin veb səhifəsinə yerləşdirilən bu müraciət prezidentin Cənubi Koreya səfəri zamanı lentə alınıb.


XS
SM
MD
LG