Azərbaycan və Ermənistan prezidentləri dünən Almaniyanın Münhen şəhərində bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Görüşün bir hissəsində iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədrləri, görüşün müsbət keçdiyini və müəyyən irəliləyiş əldə edildiyini bildiriblər. Onlar növbəti görüş üçün hazırlıq görəcəklərini də deyiblər. Mətbuat xəbərlərində qeyd olunur ki, tərəflərin növbəti görüşə razılıq vermələri müsbət bir inkişafdır. Azərbaycan prezidenti İlham Əliyev şənbə günü bəyan edib ki, əgər erməni həmkarı ilə Dağlıq Qarabağ üzərində apardığı sülh danışıqları bir nəticə verməsə onda hərbi qüvvələr hərəkətə keçməyə hazırdır. O, vurğulayıb ki, əgər Ermənistan lideri ilə növbəti görüş nəticəsiz qurtarsa onda danışıqlar variantı tükənmiş olacaq və Azərbaycan rəhbərliyinin qüvvədən istifadə etməkdən başqa seçimi qalmayacaq. Münhendəki görüş Ermənistanla Türkiyə münasibətləri normallaşdırmağa razı olduqdan bəri Bakı ilə Yerevan arasında ilk təmasdır.