Accessibility links

İran hərbi təlimlərə başlayıb


İranın dövlət mediası xəbər verir ki, ordu ölkənin nüvə obyektlərini düşmən hücumlarından qorumağa yönəlmiş irimiqyaslı hava hücumundan müdafiə təlimlərinə başlayıb. Hərbi rəsmi bildirir ki, təlimlər 5 gün çəkəcək və 600 min kvadrat kilometri əhatə edəcək. Briqada Generalı Əhməd Miğani İranın Fars xəbər agentliyinə bildirib ki, təlimlərdə iranın elitar İnqilab Keşikçiləri qvardiyası və başqa hərbi bölmələr iştirak edəcək. İran tez-tez bu nö hərbi təlimlər keçirir. Belə ki, ABŞ və İsrail İranın nüvə proqramı ilə bağlı yaranmış problem həll olunmadığı təqdirdə hərbi variantdan istifadəni istisna etməyiblər.
XS
SM
MD
LG