Turkiyə bazar günü İraqın Mosul şəhərində türkmən siyasətçisinin qətlini qınamışdır. İraqın "Türkmən Cəbhəsi" siyasi partiyasının üzvü Yavuz Əfəndioğlu naməlum şəxslər tərəfindən güllə ilə Mosuldakı evində qətlə yetirilmişdir. Türkiyənin Xarici İşlər Nazirliyi qətllə bağlı dərin kədər hissi keçirdiyini bəyan etmiş və qatillərin qanun qarşısında cavab verməli olduqlarını bildirmişdir. Birləşmiş Ştatların İraqdakı hərbi rəsmiləri isə bildirilir ki, dünən ölkənin cənubunda bir Amerika əsgəri qətlə yetirilib. Hadisə ilə bağlı ətraflı məumat verilməyib. Dünən eləcə də, Bağdadda baş verən bomba partlayışı azı 6 nəfərin yaralanmasına səbəb olub.