Accessibility links

Amerika-Azərbaycan əlaqələri müzakirə edilib


Pentaqonun regionda təhlükəsizlik əməkdaşlığına dair siyasəti üzrə məsul olan ABŞ Müdafiə Nazirliyinin rəsmisi Selest Uolander bu gün Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib. Xanım Uolanderin Azərbaycan prezidenti ilham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərində Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib .

ABŞ-ın Bakıdakı səfirliyinin məlumatınada deyilir ki, ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna, Avrasiya üzrə müavininin köməkçisi Selest Uolander Birləşmiş Ştatlar və Azərbaycan arasında təhlükəsizlik üzrə əməkdaşlıgı müzakirə edəcək və əlaqələrin inkişaf etdirilməsi üçün sahələri araşdıracaq.

Danışıqlardan öncə xanım Uolander bildirib ki, əksəriyyəti müsəlman əhalisindən ibarət olan müasir, dünyəvi dövlət kimi tanınan Azərbaycan zorakı ekstremizm təhlükəsinə qarşı mübarizədə əsas müttəfiq olmuşdur. Onun sözlərinə görə, Azərbaycan Kosovo, İraq və Əfqanıstanda NATO və koalisiya səylərinə töhfələr verib. "Azərbaycan, həmçinin Əfqanıstan və İraqda birləşmiş koalisiya qüvvələrinin yenidən təchiz olunması sahəsində göstərdiyimiz səylərə mühüm dəstək göstərir. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə güclü dəstək verir. Mən, bizim strateji tərəfdaşlığımızı inkişaf etdirmək üçün qarşılıqlı maraq kəsb edən mühüm məsələləri və təklifləri müzakirə etmək üçün Azərbaycan rəhbərliyi ilə görüşəcəm", - deyə o qeyd edib.


XS
SM
MD
LG