Accessibility links

İraq parlamenti seçki qanunlarının təsdiqi səylərini davam etdirib


İraq parlamenti bu gün seçki qanunlarının təsdiqi səylərini davam etdirib. Artıq bir neçə gündür çıxılmaz vəziyyətin aradan qaldırılması ilə bağlı parlament sessiyaları heç bir razılıq əldə edilmədən başa çatırdı.

Bu gün parlament seçki qanunlarında dəyişiklik edib. Lakin sünni qanunvericilər dəyişiklilərin onların narahatlıqlarını qarşılamadığını deyir.

Keçən həftə İraqın vitse-prezidenti Tariq Əl-Haşimi qanun layihəsinə veto qoymuşdu.Vitse-prezident əksəriyyəti sünni və kürdlər olmaqla, xaricdə yaşayan iraqlıların da təmsil edilməsini istəyir.

Konstitusiyaya uyğun olaraq seçkilər yanvar ayının 31-də keçirilməlidir.



XS
SM
MD
LG