Accessibility links

İran qoşunları hərbi təlimlər keçir


İranın ordu rəsmiləri deyir ki, ölkənin hərbi qüvvələri artıq ikinci gündür irimiqyaslı hava müdafiəsi təlimləri keçir. Rəsmilərin sözlərinə görə, təlimlər İranın nüvə qurğularına qarşı hava hücumlarını simulyasiya edir. Bu addım obyektlərin hücumlardan müdafiəsi hazırlıqlarının bir hissəsidir. Təlimlər İranın mərkəzində, qərbində və cənubunda 600 min kv. Kilometrlik ərazini əhatə edir. 5 günlük təlimlər dünən başlayıb. İranın nüvə proqramı ilə bağlı beynəlxalq təzyiqlər yenidən artmaqdadır. Birləşmiş Ştatlar və İsrail İranın nüvə məsələsinə dair diplomatik səylər baş tutmadığı təqdirdə hərbi addımları istisna etmir.
XS
SM
MD
LG