Rumıniyada
dünən keçirilən prezident seçkilərinin nəticələri göstərir ki, mərkəzçi
prezident Trayan Basesku dekabrın 6-da ikinci raund seçkilərdə sosialist Mirka
Qeoana ilə mübarizə aparacaq. Seçkinin 75 faizlik nəticələrinə görə, cənab
Basesku səslərin 33 faizini əldə edib. Qeoana isə 30 faiz səs toplamağa
müvəffəq olub. Mühafizəkar müxalifət lideri Krin Antonesku 20 faizlik dəstəklə
3-cü yerdədir. Cənab Antonesku çox ehtimal ki, Qeoanaya dəstək verəcək.
Prezidentlik uğrunda mübarizədə onun dəstəyi əhəmiyyətlidir. Qeyd edək ki,
Buxarest hökuməti oktyabr ayında Daxili İşlər Nazirliyinə nərazərlə bağlı hakim
koalisiyanın iki partiyası arasında yaşanmış mübahisədən sonra dağılmışdı.