Accessibility links

Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb


Birləşmiş Ştatlar prezidenti Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilib-göndərilməməsi qərarı ilə bağlı milli təhlükəsizlik komandası ilə daha bir yığıncağa çağırıb. Vitse-prezident Co Bayden, müdafiə naziri Robet Geyts və dövlət katibi Hillari Kilintonun iştikar edəcəyi görüşə Prezident administrasiyasının yüksək səviyyəli rəsmiləri də qatılacaq. Milli təhlükəsizlik rəsmiləri Əfqanıstan və Pakistanla bağlı strategiyanı müzakirə edəcək. Barak Obama təhlükəsizlik komandası ilə ilk yığıncağı avqust ayında keçirmişdi.

ABŞ prezidenti Birləşmiş Ştatların Əfqanıstandakı baş komandanı general Stenli Makkristalın o ölkəyə 40 min əlavə qüvvə göndərilməsi tələbini nəzərdən keçirir. Prezident qərarını bu ilin axırınadək açıqlayacağını bildirib.

XS
SM
MD
LG