Əfqanıstandakı beynəlxalq təhlükəsizlik qüvvələrinin rəsmiləri bldrirlər ki, ölkənin şərq və cənub bölgələrində 4 Amerika və 8 əfqan əsgəri həlak olub. NATO-nun bəyanatında qeyd edilib ki, bir Amerika əsgərinin ölümünə Əfqanıstanın şərqində bomba partlayışı səbəb olub.
Dünən isə Əfqanıstanın cənubunda bomba partlayışı
nəticəsində iki Amerika əsgəri həlak olmişdu. Əfqanıstanın cənub bölgəsində yaraqlıların hücumu bir
Amerika əsgərinin ölümünə səbəb olub.
Helmənd vilayətinin Musa Qala mahalında yol kənarına yerləşdirilmiş bomba partlayışı 3 əfqan əsgərinin həlak olmasına və 2 əsgərin yaralanmasına səbəb olub. Rəsmilər Kunar vilayətində 6 əfqan əsgərinin yaralandığını bildirirlər.