Accessibility links

BMT QİÇS-lə bağlı hesabat açıqlayıb


BMT-nin QİÇS-lə bağlı son hesabatında HİV virusunun dünya miqyasında 25 milyon insanın xəstəliyinə yol açdığını və infeksiyaya yeni yoluxma hallarının azaldığı bildirilir. BMT-nin hesabatına görə, 2008-ci ildə 2.7 milyon insan QİÇS xəstəliyinə yoluxaraq, xəstələrin ümumi sayını 33.4 milyona çatdırıb.

Afrikanın Böyük Səhraaltı ölkələrində ötən il 400000 insan xəstəliyə yoluxub, bu isə ötən illə müqayisədə 15 faiz azalma deməkdir.

Hesabatda bildirilir ki, həmin vaxt çərçivəsində Şərqi Asiyada HİV virusuna yoluxma halları 25, Cənub-şərqi Asiayada isə 10 faiz azalıb. BMT-nin bildirdiyinə görə, insanların həyatını dərmanlar xilas edir.


XS
SM
MD
LG