Accessibility links

Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir


Azərbaycanda narkomaniyaya qarşı mübarizə məqsədi ilə “Genefonumuzu Qoruyaq” devizi altında aksiyalar keçirilir. Aksiyanı təşkil edən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova “Amerikanın səsi” radiosuna bildirib ki, tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə edir.
Onun sözlərinə görə, aksiyaların məqsədi əhali arasında narkomanlığa qarşı mübarizənin təşkili üçün maarifləndirmə işləri aparmaqdır. “Aksiyalar zamanı insanlar arasında izahat işləri aparılır, broşurlar paylanır, məktəblilər qarşısında narkomanlığın nəticələri ilə bağlı çıxışlar edilir”.
Xanım Yusifova son zamanlar ölkədə narkomanlığın cavanlaşdığını bildirib. Rəsmi statistikaya görə, 23 000 narkoman qeydiyyatdan keçib. Narkomanlıq daha çox İranla sərhəd rayonlarda yayılıb.

XS
SM
MD
LG