Accessibility links

İraqda ümimmilli seçkilər baş tutmaya bilər


İraqın Seçki Komissiyası yanvar ayının 31-nə planlaşdırılan ümimmilli seçkilərin baş tutmayacağını bildirir. Belə ki, seçki qanunları parlament və prezident şurasında təsdiq edilməyincə seçkilər keçirilə bilməz. Konstitusiyaya uyğun olaraq seçkilər yanvar ayının 31-də keçirilməlidir. Seçki qanunu isə seçkilərdən 60 gün əvvəl təsdiq edilməlidir.

Parlament seçki qanunlarında dünən dəyişiklik edib. Lakin sünni qanunvericilər dəyişiklilərin onların narahatlıqlarını qarşılamadığını deyir. Keçən həftə İraqın vitse-prezidenti Tariq Əl-Haşimi qanun layihəsinə veto qoymuşdu. Vitse-prezident əksəriyyəti sünni və kürdlər olmaqla, xaricdə yaşayan iraqlıların da təmsil edilməsini istəyir. Onun yeni qanuna bir daha veto qoyacağı təxmin edilir.


XS
SM
MD
LG