Accessibility links

Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib


Rusiya prezidenti Dmitri Medvedev ölkənin baş prokuroruna vergidən yayınmaq ittihamı ilə həbs edilmiş məhkumun həbsxanada vəfatı ilə bağlı təhqiqat aparmaq barədə göstəriş verib. Baş qərargahı Londonda yerləşən Ermitaj Fondunun vergilər üzrə hüquqşunası, 37 yaşlı Sergey Maqnitski keçən həftə Rusiya həbsxanasında vəfat edib. Rəsmilər onun ürəyinin dayandığını demişdilərlər. Ermitaj nümayəndələri isə Sergey Maqnitskiyə tibbi yardım göstərilmədiyi üçün onun dalağının partladığını deyirlər.

Prezidentin sözçüsü Natalya Timakovanın dediyinə görə, rəsmilərə maliyyə cinayətlərində ittiham olunan adamların məhkəmədən öncə həbsdə saxlanması barədə proseduru yenidən nəzərdən keçirmək barədə tapşırıq verilib.

Qeyd edək ki, Ermitaj bir vaxtlar Rusiyanın ən böyük investisiya fondlarından olub. Onun həmtəsisçisi olan və Rusiyaya girişi qadağan olunmuş Bill Brauder Rusiya rəsmilərini Ermitajdan istifadə edərək saxta yolla vergi qayıdışları əldə etməkdə ittiham edib.

XS
SM
MD
LG