Accessibility links

Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib


Ağ Ev sözçüsünün dedyinə görə, prezident Barak Oabama Əfqanıstan müharibəsini müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə yekun yığıncağını keçirib və çıxaracağı qərarı yaxın zamanda açıqlayacağını bildirib. Dünən keçirilən yığıncaqdan sonra müdafiə naziri Robert Geyts deyib ki, Əfqanıstandakı yaraqlılarla mübarizə aparmaq üçün əlavə 40 min hərbi qüvvə göndərilməsi barədə qərar qəbul etməsi üçün prezident lazımi məlumatla təmin edilmişdi. Cənab Geyts prezident Obamanın qərarını ola bilsin ki, gələn həftə açıqlayacağını deyib. Müzakirələrdə vitse-prezident Co Bayden, müdafiə naziri Robet Geyts və dövlət katibi Hillari Kilinton da iştirak ediblər.

XS
SM
MD
LG