İran
fəaliyyətinə qadağa qoyulmuş Bahai etiqadına məxsus məbədin şəklini nəşr
etdiyinə görə, ölkənin ən çox satılan qəzetinin çapını dayandırıb. İran mətbuatının məlumatına görə, ölkə
mətbuatına nəzarət edən qurum Hindistana səyahət reklamının bir hissəsi olan
şəkli çap etdiyi üçün Həmşəhri
qəzetini bağlayıb. İranın şiə müsəlman establişmenti Bahai etiqadını
qeyri-islami hesab edir və ölkədə onun tərəfdarları həbs və edamlara məruz
qalıb. İki ilə yaxındır Tehranda nəşr olunan Həmşəhri ölkənin ən çox oxunan qəzetidir.