Accessibility links

Barak Obama Əfqanıstanla bağlı yeni strategiyasını gələn həftə açıqlayacaq


Birləşmiş Ştatların xəbər agentliklərinin bildirdyinə görə, prezident Barak Obama Əfqanıstanla bağlı yeni strategiyasını gələn həftənin çərşənbə günü televiziya ilə müraciətində açıqlayacaq. Xəbərlərdə prezidentin bundan əvvəl planlaşdırıldığı kimi Əfqanıstana əlavə 30 -35 min hərbi qüvvə göndərəcəyini bəyan edəcəyi bildirilir.

Əfqanıstandakı Birləşmiş Ştatlar və NATO qüvvələrinin baş komandanı, general Stenli Makkristal hələ bu ilin əvvəlində prezidentə Taliban və Əl-Qaidə yaraqlılarına qarşı effektiv mübarizə aparmaq üçün Əfqanıstana əlavə 40 min əsgəri qüvvə lazım olduğunu demişdi.

XS
SM
MD
LG