İranın
ordu rəsmiləri deyir ki, ölkənin hərbi qüvvələri artıq ikinci gündür
irimiqyaslı hava müdafiəsi hərbi təlimləri keçir. Rəsmilərin sözlərinə görə,
təlimlər İranın nüvə qurğularına qarşı hava hücumlarını simulyasiya edir. Bu
addım obyektləri hücumlardan müdafiə hazırlıqlarının bir hissəsidir. Təlimlər
İranın mərkəzində, qərbində və cənubunda 600 min kv. Kilometrlik ərazini əhatə
edir. 5 günlük təlimlər dünən başlayıb. İranın nüvə proqramı ilə bağlı
beynəlxalq təzyiqlər yenidən artmaqdadır. Birləşmiş Ştatlar və İsrail İranın
nüvə məsələsinə dair diplomatik səylər baş tutmadığı təqdirdə hərbi addımları
istisna etmir.