Accessibility links

Son zamanlar Iranda çox sayda tələbənin həbs edildiyi bildirilir


Iranın hüquq müdafiəçiləri qrupunun bildirdiyinə görə, İran polisi dekabr ayının 7-də Milli Tələbə Günü keçiriləcək aksiyalara mane olmaq məqsədilə tələbələri həbs etməyə başlayıb. Beynəlxalq İnsan Hüquqları Kampaniyası son günlər ölkənin müxtəlif universitetlərindən çox sayda tələbənin həbs edildiyini bildirib. Onların əksəriyyəti noyabr ayının 4-də hökumətin sponsorluğu ilə Tehranda keçmiş Birləşmiş Ştatlar səfirliyi qarşısında keçirilən nümayişlər zamanı etiraz aksiyalarının keçirilməsinə cəhd göstərərkən həbs edilib.

XS
SM
MD
LG