Təbrizin Azad Universitetinin tələbələrindən ikisi, Rəsul Alinejad və Behruz Fəridi əmniyyət məmurları tərəfindən nəzarət altına alındılar. Bu xəbəri Fars və Türk saytları, HƏRANA saytı və İranın İnsan haqları təşkilatının xəbər mərkəzi təstiq edib. HƏRANA-da yazılır ki, bu iki tələbə Mahmud Əhmədinejadın Təbrizə gəlməsi vaxtı itkin düşdülər. Amma onlar bir gün sonra, evlərinə telefon açıb, xəbər verdilər ki,Təbrizin İttilaat idarəsində saxlanırlar.
HƏRANA qeyd edir ki, bu son günlərdə Azərbaycanda olan universitetlərin tələbələrinə qarşı təzyiqllər artıb. Həmin xəbər ajansı, bir ayrı xəbərdə deyir ki, Cəmşid Zareiy, Vəhid Şeyxbəğlu və Niyma Puryəqub, Təbrizin İnqilab Məhkəməsinin ikinci şöbəsində mühakimə olundular.
Baybək, Savalan Səsi və Əmir Kəbir kimi saytlar da bu xəbəri yayıb. Onlar “Milli təhlküləsizlik əleyhinə fəaliyyət göstərməkdə” “Umumi nizamı pozmaqda” ittiham olunublar. Hakim bu ittihamları, “ onların Təbriz zindanının önündə, zindan məmurları ilə əlbəayağa olmalarına” əsaslandırıb.
Əmir Kəbir əlavə edirki ki, onların üçü də 2008-ci ildə (1387-də) yeddi tələbə məhbus həbsdən azad olanda, çoxlu təbrizliylə bir yerdə həbsxananın qabağında azad edilən azərbaycanlıları qarşılamaq üçün toplaşmışdılar. Burada toplaşanlar əvvəlcə nəzarət altına alnmış bir neçə saatdan sonra azadlığa buraxılmışdılar. Ancaq bir müddət sonra, Vəhid və Cəmşid, yenidən İttilaat məmurları tərəfindən nəzarət altına alındılar. Vəhid 49 gün və Jəmşid isə 9 gün Əmniyyətin tək hücrəli həbsxanasında qaldılar. Qeyd edək ki, Cəmşid altı ay həbsə məhkum edilib ki, bu hökm yuxarı məhkəmə tərəfindən də təstiq olunub.