Accessibility links

ABŞ-ın kəşfiyyat xidməti  təhlkükəsizlik prosedurlarını bir daha nəzərdən keçirir


Təhlkükəsizlik prosedurlarının bir daha nəzərdən keçirilməsinə səbəb Ağ Evdə təşkil edilən şam ziyafətinə çağırılmamış qonaqların gəlməsi olub. Çərşəınbə axşamı gün təşkil edilən ziyafətə Virciniya ştatında Mişel və Tareq Salahinin necə daxil olduğu sual doğurub.Prezident Obamaya heç bir təhlükə yaranmayıb, belə ki, bu qonaqlar digərləri kimi təhlkükəsizlik monitorlarından keçirilmişdi.

Hindistanın baş nazirinin şərəfəinə verilən şam ziyafətinə 300-dən artıq adam dəvət edilmişdi. DC-nin əsl evdar qadınları filimində çəkiləcək bu cütlüyün ziyafətdə iştirak etdiyini ilk əvvəl Vaşiqnton Post qəzeti yaymışdı. Mişel Salahi isə deyir ki, prezident Obama açıq şəkildə hər kəsin şam yeməyində iştirak edə biləcəyini demişdi. Mişel Salahi tədbirdə çəkdiyi şəkilləri Facebook səhifəsinə yerləşdirib. Bunlar arasında ABŞ-ın vitse-prezidenti Co Bayden, Ağ Evin aparat rəhbəri Ram Emanuel, Vaşinton şəhərinin meri Adrian Fenti və digərləri ilə birgə şəkillər var.

XS
SM
MD
LG