Accessibility links

Filippinin Datu Unsay şəhər meri 57 nəfərin qətlində ittiham edilib


Filippinin Datu Unsay şəhər meri seçkilərlə bağlı 57 nəfərin qətlinə görə ittiham edilib. Andal Ampatuana qarşı ittihamlar onun təslim olmasından bir gün sonra irəli sürülüb. Mer rəqib siyasi opponentinin tərəfdarları, qohumları və jurnalistlərin qətlinin təşkilində günahlandırılır.

Həmin şəxslərin İsmael Mangudadatunun vilayət qurbernatoru qeydiyyatından keçməsi üçün yola çıxdığı vaxt 100-ə yaxın silahlı şəxs tərəfindən hücuma məruz qaldığı bildirilir.

Onlar arasında namizədin həyat yoldaşı, bacıları və 29 jurnalist var idi.

XS
SM
MD
LG