Accessibility links

Viktor Yuşenko Ukrayna vətəndaşının öldürülməsinə görə narahatlığını bildirib


Ukrayna prezidenti Viktor Yuşenko Rusiya sərhədlərini qanunsuz şəkildə keçməyə cəhd edən Ukrayna vətəndaşının öldürülməsinə görə narahatlığını bildirib. Prezident deyib ki, bu, Rusiyanın şərhəd keşikçilərinin ilk belə əməli deyil. Ukraynanın dövlət başçısı Rusiyanı hadisə ilə bağlı təcili şəkildə istintaq aparılmasına çağırıb. Rusiya tərəfindən Ukrayna vətəndaşı dünən sərhədləri qeyri-qanuni kecərkən güllələnib. Rusiya tərəfi havaya xəbərdarlıq atəşi açıldığını, lakin xəbərdarlığa məhəl qoyulmadıqda həmin şəxsin maşınının atəşə tutulduğunu bildirir. Xəbər agentliklərinin bəzisi Ukrayna vətəndaşının səhədlərdən texniki ləvazımat keçirmək istədiyi barədə məlumat yayıb.

XS
SM
MD
LG