Accessibility links

Əfqanıstan prezidenti Talibanı barışığa səsləyib


Əfqanıstan prezidenti Həmid Karzay taliban yaraqlılarını tərk silah olmağa və hökumətlə birləşməyə səsləyib. O, prezident sarayı qarşısında Qurban Bayramı münasibətilə etdiyi çıxışında bu açıqlamanı verib. Cənab Karzay talibanı qardaşları adlandırıb və onları vətənlərinə qarşı mübarizədən əl çəkməyə, sülhə və firavan həyata nail olmaq üçün onun hökumətlə birləşməyə çağırıb. Onun bu çağırışı taliban lideri Mollah Ömərin verdiyi bəyanatdan iki gün sonraya təsadüf edir. Mollah Ömər bəyanatında prezident Karzay ilə danışıqlar aparılmasını rədd edərək, əfqanları prezident Karzay hökuməti ilə əlaqələri kəsməyə səsləyib.
XS
SM
MD
LG