Accessibility links

İran prezidenti Təbrizdə vədlərindən danışmayıb


Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu İran prezidentinin Təbriz səfəri zamanı nitqlərində emosiyanın çox olduğunu deyir. Onun fikrincə, İran prezidentinin seçkiöncəsi verdiyi iqtisadi-sosial vədlərin yerinə yetirilməsi üçün İranın maddi imkanları yoxdur. Eyni zamanda, politoloq hesab edir ki, Təbrizi şiəliyin paytaxtı adlandırması isə pafosdur. “İran prezidenti belə bəyanatlara yanaşı, Azərbaycan dilinin, məktəblərinin, mətbuatının, tarixi abidələrinin vəziyyətindən danışsa idi daha çox önəm kəsb edərdi”, - deyə o qeyd edib.

XS
SM
MD
LG