Accessibility links

Müsəlmanların Həcc ziyarəti davam edir


Məkkədə Həcc ziyarəti edən iki milyon zəvvar daxil olmaqla dünya boyu müsəlmanlar Qurban Bayramını qeyd edirlər. Dünən və bu gün zəvvarlar Məkkədə şeytanı təmsil edən üç təməli daşa basıblar. Ziyarətin üçüncü günündə ciddi insident qeydə alınmayıb. Lakin bu gün rəsmilər Həcci ziyarət edən 70 yaşlı Pakistan vətəndaşının H1N1 donuz qripi virusundan öldüyünü xəbər verib. O, donuz qripi virusundan vəfat etmiş beşinci zəvvardır. Dini bayram Allahın İbrahim peyğəmbərə oğlunu qurban verməsini dayandırmaq üçün ona qoç verməsi haqda müsəlman, xristian və yəhudilərin ümumi inancını əks etdirir. Qurban Bayramını qeyd edən müsəlmanlar bu gün qurban kəsir və yoxsullara ehsan paylayırlar. Həccin bu mərhələsi adətən ən təhlükəlisi olur. Belə ki, 2006-cı ildə Camarat körpüsündə baş verən basırıq nəticəsində 365 adam həlak olmuşdu.
XS
SM
MD
LG