Səudiyyə Ərəbistanı rəsmiləri şiddətli yağışın daşqına səbəb oluduğunu və nəticədə 100-dən çox adamın həlak olduğunu bildirirlər. Qırmızı Dəniz sahilində yerləşən Ciddə limanı müqəddəs Məkkəyə ziyarət üçün zəvvaların əsas yollardan biri hesab edilir. Daşqın nəticəsində bu ərazidə evlər və körpülər dağılıb. Rəsmilər təbii fəlakətdə zəvvarların heç birinə xətər dəymədiyini bildirirlər. Şəhər sakinləri yerli hökuməti vaxtında lazımı tədbirlər həyata keçirməməkdə təqsirləndirirlər.