Hondurasda rəy sorğuları mühafizəkar namizəd Porfirio Pepe Lobonun prezident seçkilərində böyük faizlə irəlidə getdiyini göstərir. Sorğuya əsasən müxalif Milli Partiyanın namizədi cənab Lobo öz lideri olan Manuel Zelayanı devirmiş hakim Liberal partiyasından namizəd Elvin Santosu 16 faizlə üstələyir. Həm cənab Lobo, həm də cənab Santos hər ikisi Zelayanın hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləyirlər. İyun ayında Zelayanın hakimiyyətdən kənarlaşdırılması yoxsul Mərkəzi Amerika dövlətini təcrid edib. Cənab Zelaya və onun tərəfdarları bazar günü seçkilərini baykot ediblər. Cənab Zelayanın hakimiyyət dönəmi yanvarda bitir və bu seçkilərdə onun varisi müəyən olunacaq. Hazırda cənab Zelaya Braziliyanın Hondurasdakı səfirliyində qalır.