Accessibility links

Hondurasda prezident seçkiləri keçirilir


Hondurasda prezident Manuel Zelayanın hakimiyyətdən devrilməsindən beş ay sonra prezident seçkiləri keçirilir. İctimai rəy sorğularına görə, müxalif Milli Partiyadan mühafizəkar namizəd Porfirio "Pepe" Lobo irəlidə gedir. Onun Zelayanın Liberal partiyasından namizəd Elvin Santosdan 16 xal irəlidə olduğu bildirilir.

Namizədlərin hər ikisi də Zelayanın hakimiyyətdən salınmasının tərəfdarı idi. Həm Lobo, həm də Santos seçkilərin nəticələrinə və konstitusiyada təkrar seçkilərin yasaqlanması qanununa hörmət göstərəcəklərinə vəd veriblər.

Seçkilər Zelayanın hamiyyətdən devrildiyi iyun ayından əvvəl təyin edilmişdi. Belə ki, sabiq prezidentin hakimiyyət müddəti yanvar ayında başa çatmalı idi.



XS
SM
MD
LG