Accessibility links

İsveçrədə minarələrin inşasının yasaqlanması ilə bağlı referendum keçirilib


Bu gün İsveçrədə minarələrin inşasının yasaqlanması ilə bağlı referendum keçirilib.Xəbər agentliklərinin bildirdiyinə görə, referendum iştirakçılarının 57 faizi təklifə müsbət səs verib. Bu mübahisəli təklifin arxasında Milli Xalq və Federal Demokrat Birlik Partiyaları durur. Millətçilərin əksəriyyəti İsveçrədə məscidlərin tikilməsinə eitraz etmədiklərini bildirilər. Lakin onlar yalnız minarələrin inşasının əleyhinə olduqlarını deyirlər.

Bu təklifi dəstəkləyənlər minarələrin ekstremistlərin vəsaitləri ilə tikildiyini və bundan İsveçrə konstitutsiyasını pozaraq, siyasi simvol kimi istifadə etdiklərini bildirirlər. Onlar minarələrin islamda məcburi olmadığını irəli sürürlər.

İsveçrənin müsəlman və qeyri-müsəlman digər qrupları referendumu din azadlığına təhlükə kimi qiymətləndirir.

XS
SM
MD
LG