Accessibility links

Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını kəsə bilər


İran parlamentinin spikeri Əli Laricani Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını kəsəcəyi barədə xəbərdarlıq verib. Xəbərdarlıq BMT-nin nüvə agentliyinin İranın nüvə fəaliyyətləri ilə bağlı qətnamə qəbul etməsindən iki gün sonra səslənir. Parlamentin bugünkü sessiyası zamanı Laricani deyib ki, İran beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlərə məruz qalsa, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını nəzərdən keçirəcək.

Qətnamə İranı bu yaxınlarda aşkar edilən uran zənginləşdirmə obyektinin tikintisini dayandırmağa, başqa gizli nüvə fəaliyyətinin olmadığını təsdiq etməyə çağırır. Sənəd 35 üzvlü agentliyin 25 üzvü tərəfindən təsdiq edilib. Tarixən İranın uranı zənginləşdirməyinə görə cəzalandırılmasında həvəssiz görünən Rusiya və Çin də qətnaməyə müsbət səs verən dövlətlər arasında olub.

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsgər Soltaniye qətnaməni rədd edərək, sənədin İranın nüvə silahlarına dair beynəlxalq danışıqlar atmosferinə mənfi təsir göstərdiyini deyib.

XS
SM
MD
LG