Accessibility links

Əfqanıstanın Xost vilayətində atışma olub


Əfqan rəsmiləri bildirirlər ki, Pakistanla həmsərhəd Xost vilayətində təhlükəsizlik keşikçiləri ilə yaraqlılar arasındakı atışma zamanı 26 yaraqlı öldürülüb.

Dünən Böyük Britaniyanın baş naziri Gordon Braun bildirib ki, ölkəsi gələn il Əfqanıstanla bağlı beynəlxalq konfransa ev sahibliyi edəcək. Konfransda ölkənin təhlükəsizlik məsuliyyətinin əfqan rəsmilərinə tapşırılması şərtləri müəyyən ediləcək.

Cənab Braun bu açıqlamanı BMT baş katibi Ban Ki Munun də iştirak etdiyi Trinidad və Tobago sammitində verib. Konfransın yanvarın 28-də Londonda keçirilməsi planlaşdırılıb.


XS
SM
MD
LG