Accessibility links

İran parlamenti 'Qərbin təxribatlarından' müdafiə üçün 20 milyon dollarlıq vəsait ayırıb


İran mətbuatında ölkə parlamentinin İrana qarşı Qərbin təxribatlarından müdafiə məqsədi ilə 20 milyon dollarlıq vəsait ayırdığı bildirilir. Qanunvericilər bu vəsaiti Amerika və Britaniyaya arxalanan qrupların konspirasiyalarından müdafiə məqsədi ilə təsdiq edib.

Deputatlar pulun Qərb əleyhinə olan "proqressiv hərəkatlara" sərf ediləcəyini deyirlər. Bu qrupların adı çıkilməsə də onların Həmas və Hizbullah olduğu düşünülür.

İran mediasının yazdığını görə, vəsaitin bölüşdürülməsi və xərclənməsi yollarını Xarici İşlər və Kəşfiyyat Nazirlikləri müəyyən edəcək.


XS
SM
MD
LG