Accessibility links

Barak Obama bu gün Ağ Evdə Avstraliyanın baş naziri Kevin Roddu qəbul edib


ABŞ prezidenti Barak Obama bü gün Ağ Evdə Avstraliyanın baş naziri Kevin Roddla iqlim dəyşikliyi və Əfqanıstan müharibəsi kimi məsələləri müzakirə edib.

Müzakirələr gələn həftə Danimarkada təşkil ediləcək beynəlxalq iqlim dəyişikliyi konfransından əvvələ təsadüf edir. Konfrans zamanı dünya ölkələrinin liderləri istixana qazlarının azaldılması yollarını müzakirə etməldiir.

Avstraliya hökuməti 2020-ci ilədək istixana qazlarını 25 faiz azaltmağı qarşıya məqsəd qoyub. Obama adminsitarsiyası da qaz tullantıları səviyyəsinin 2005-ci illə müqayisədə 17 faiz azaldılacağına vəd verib.

XS
SM
MD
LG