Accessibility links

Hondurasda Porfirio “Pepe” Lobo prezident seçkilərində qələbə əldə edib


Hondurasda müxalif Milli Partiyadan mühafizəkar namizəd Porfirio "Pepe" Lobo prezident seçkilərində qələbə əldə edib. O, sabiq prezident Manuel Zelayanın Liberal Partiyasından namizəd Elvin Santosu 56 faiz səs toplamaqla məğlubiyyətə uğradıb. Satos hakimiyyətdən salınan Manuel Zelayanıən prezidentliyi dövründə vitse-prezident idi.

Seçki rəsmiləri San Pedro Sula şəhərindən başqa ümumilikdə insidentsiz keçən seçkilərdə səsvermə fəallığının 62 faiz olduğunu bildirirlər. Həmin şəhərdə polis seçkiləri boykot etməyə çağıran Zelaya tərəfdarı nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etmişdi.


XS
SM
MD
LG