Bu
gün Beynəlxalq QİÇS günü bütün dünyada qeyd edilir. QİÇS-in ən çox təsirinə
məruz qalan Cənubi Afrika Respublikası virusla mübarizə məqsədi ilə yeni planın
icrasına başlayıb. Ölkə prezidenti Ceykob Zumanın sözlərinə görə, hökumət daha
çox QİÇS xəstəsini müalicə edəcək və HIV virusu testlərini genişləndirəcək.
Cənubi Afrika Respublikasında 5.7 milyon nəfər QİÇS-ə səbəb olan HIV virusuna
yoluxub. Dünyada isə 33 milyondan çox insan bu virusun daşıyıcısıdır. Çin bu gün homoseksuallar arasında virusun
yayılması hallarının artmasından narahatlığını ifadə edib. Prezident Hu Cintao
ictimaiyyəti HIV virusuna yoluxmuş insanları ayrı-seçkiliyə məruz qoymamağa
çağırıb.