Accessibility links

Beynəlxalq Ədalət məhkəməsində Kosovonun müstəqilliyini elan etməsilə bağlı dinləmələr davam edir


Almaniya, Albaniya və Səudiyyə Ərəbistanı bildiriblər ki, Kosovonun keçən il öz müstəqilliyini elan etməsi öz müqəddəratını təyin etmək hüququ prinsinə uyğun olaraq edilib. Bu üç ölkə Haaqada Beynəlxalq Ədalət Məhkəməsində Kosovonun 2008-ci ilin fevral ayında müstəqilliyini elan etməsinin hüquqiliyi ilə bağlı dinləmələrin ikinci günü təqdimatla çıxış edib.

Argentina məhkəmədə məsələ ilə bağlı mövqeyini bildirərək, Serbiyanın Kosovonun etnik albanlarının birtərəfli qaydada müstəqilliyini elan etməsinin beynəlxalq hüququn pozulması haqda fikirlərini müdafiə edib.

Dinləmələrin əvvəlində Serbiyanın hüquqşünasları Kosovonun müstəqilliyini elan etməsinin Serbiyanın ərazi bütövlüyünün pozulması olduğunu bəyan edərək, bunun bütün dünyada separatçı hərəkatlar üçün təhlükəli bir presedent yarada biləcəyini bildiriblər.

Beynəlxalq məhkəmədə 28 ölkənin nümayəndəsi Kosovo məsələsilə bağlı mövqeyini bildirir. Dinləmələr dekabrən 11-i sona çatacaq.


XS
SM
MD
LG