Rusiyada qatarda 26 adamın ölümülə nəticələnmiş bomba hücumunun məsuliyyətini islamçı militanatlar öz üzərinə götürüblər.
Çeçen yaraqlılarının (KafkazCenter.com) səhifəsində yerləşdirilmiş bəyanatda “Qafqaz Əmirlikləri" adlı qrupun keçən həftə Moksvadan şimalda Tver regionunda hücuma görə məsuliyyət daşıdığı bildirilir.
Bəyanatda bomba hücumunun Qafqaz Əmirliklərinin əmiri Doku Umarovun əmri ilə yerinə yetirildiyinə dair məktuba istinad edilir. Umarov özünü Rusiyanın islamçıların Moksvadan müstəqil müsəlman dövləti yaratmaq istədikləri Çeçenistan regionunun lideri adlandırır.
Bomba hücumu keçən həftə Moksvadan Sank Peterburqa gedən Nevski Ekspress sürətli qatarında partladılmışdır. Qatarda olan 70 sərnişindən 26 nəfər həlak olmuş, digərləri müxtəlif xəsarət almışlar.