Accessibility links

Iran BMT-nin sanksiyalarına dəstək verən ölkələrlə münasibətin nəzərdən keçiriləcəyini deyir


İran parlamentinin spikeri Əli Laricani deyib ki, ölkə qanunvericiləri nüvə fəaliyyətlərinə görə BMT-nin İrana qarşı irəli sürdüyü sanksiyalara səs verən ölkələrlə münasibəti nəzərdən keçirəcəklər. İran mediası cənab Laricaniyə istinadən bildirib ki, o, İranın BMT-nin Nüvə Agentliyi ilə əməkdaşlıq etməyə hazır olduğunu desə də, BMT-nin onun ölkəsinə qarşı sonuncu qətnaməsi səsvermənin nəticələrinə daha ehtiyatla yanaşmağa şövq etdiyini deyib. Keçən həftə İranın uran zənginləşdirilməsi məqsədi ilə Natanzda ikinci obyekt tikməyə hazırlaşdığını bəyan etməsindən sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvləri belə bir planın qarşısının alınmasına çağırmışlar. İran uran zənginləşdirliməsi məqsədi ilə əlavə 10 obyekt tikməyi planlaşdırır.

XS
SM
MD
LG