Accessibility links

START yenilənməyə hazırdır


Rusiya Xarici İşlər Nazirinin bildirdiyinə görə, Moskva və Vaşinqton müddəti sona çatan nüvə silahlarına dair sazişi yeniləməyə yaxındırlar. Nazirliyin bu gün açıqladığı bəyanatda deyilir ki, imzalamaya hazırlıqla bağlı aparılan intensiv iş sona çatmaq üzrədir. Birləşmiş Ştatlar və Rusiya müzakirəçiləri Cenevrədə 1991-ci il Strateji Silahların Azaldılması Sazişinin yenilənməsi üçün birgə iş aparıblar. START adı ilə tanınan bu sazişin müddəti sabah sona çatır. Yeni saziş ABŞ və Rusiyada nüvə silahları arsenalının və bu silahların buraxılması üçün lazım olan sistemlərin daha da azaldılmasını nəzərdə tutur. Bu ilin iyul ayında Birləşmiş Ştatlar prezidenti Barak Obama və rusiyalı həmkarı Dmitri Medvedyev Moskva sammitində razılığa gəlmişdilər ki, yeni sazişin bir hissəsi olaraq nüvə başlıqlarının sayı qarşıdakı 7 il ərzində hazırkı səviyyəsindən 1500-1675-ə qədər azaldılsın.
XS
SM
MD
LG