Accessibility links

Gvineyanın yaralanmış hərbi lideri müalicə üçün Mərakeşə aparılıb


Konakro rəsmilərinin bildirdiyinə görə, Gvineyanın yaralanmış hərbi liderini Mərakeşə aparıblar. Bir neçə mənbəyə əsaslanaraq bugünkü xəbərlərdə bildirlir ki, ölkəni idarə edən xunta dünən satılmış əsgərlər tərəfindən güllə ilə vurulan kapitan Mussa Dadis Kamara tibbi yardım göstərilməsi üçün Seneqaldan tibbi təyyarə göndərməsini xahiş etmiş, lakin ölkənin kommunikasiya naziri İdrissa Çerif təyyarə göndərməkdən imtina edərək, prezidentin vəziyyətinin ağır olmadığını demişdir. Ölkə liderinə qarşı sui-qəsddən sonra Gvineyada təhlükəzislik tədbirləri gücləndirilmişdir.

Ölkədəki insan haqları rəsmilərinin bildirdiyinə görə, ölkə lideri kapitan Camarasa hücum onun köməkçisi, Toumba kimi tanınan leytenent Əbubəkr Sidiqi Diakitlə mübahisədən sonra baş vermişdir.

XS
SM
MD
LG