Accessibility links

İnqilab Qvardiyasının başçısı müxalifətə Tələbə Günü etiraz aksiyaları keçirməmək barədə xəbərdarlıq edib


İranın İnqilab Qvardiyasının başçısı Ayətulla Əhməd Cənnəti gələn həftənin bazar ertəsi, Tələbə Günündə müxalifət qüvvələrinə etiraz aksiyalarına çıxmamaq barədə xəbərdarlıq edib və deyib ki, belə addımlar Birləşmiş Ştatlar kimi düşmənlərin ürəyincədir. Bu gün Tehran universitetində çıxış edən Cənnəti deyib ki, tələbə hərəkatı təbiətcə anti-Amerika mahiyyəti daşıyır və bu özünü Tələbə Günündə büruzə verməlidir.

İranda Tələbə Günü 1953-cü il dekabr ayının 7-dən, 3 tələbə Birləşmiş Ştatların dəstəklədiyi şah ordusu tərəfindən qətlə yetirildikdən bəri qeyd edilir. Müxalifətinisə həmin gün hökumətə qarşı etiraz aksiyaları keçirəcəyi guman edilir. Dövlət mediası Tehran şəhərinin polis rəisi Əzizulla Rəcəbzadəyə istinadən bildirib ki, müxalifətə toplaşmamaq haqda xəbərdarlıq edilib.


XS
SM
MD
LG