Accessibility links

Təqaüddə olan türk zabitləri İstanbul məhkəməsi qarşısına çıxarılıblar


Türkiyə rəsmiləri ölkənin islam meylli hökumətini devirməyə cəhd göstərmkədə ittiham olunan təqaüddə olan üç yüksək hərbi zabitini sorğu-sual ediblər.

Təqüddə olan ordu generalı Aytac Yalman, hərbi hava qüvvələrinin generalı İbrahim Fırtına və hərbi dəniz qüvvələrinin admiralı Özden Örnek bu gün İstanbul məhkəməsi qarşısında çıxarılıblar.

İqtidarda olan Ədalət və İnkişaf partiyasını hakimiyyətdən devirməyə cəhd göstərmək ittihamları ilə digər hərbi zabitlərin də məhkəməsi keçirilmişdir. Onlar bomba hücumları və sui-qəsdlər vasitəsilə hökuməti hakimiyyətdən salmağa çalışan qrupun üzvləri olmaqda itiham edilirlər.

Prokurorlar Ergenekon şəbəkəsinin hərbi çevrilişə cəhd göstərdiyini bildirir.

Müxalifətdə olan partiyalar hökuməti dünyəviçi tənqidçiləri susdurmağa səy göstərməkdə ittiham edir.


XS
SM
MD
LG