Accessibility links

Səudiyyə Ərəbistanının neft naziri hazırkı neft bazarının sabit olduğunu deyib


Səudiyyə Ərəbistanının neft naziri Əli Nəimi neftin hazırkı qlobal qiymətinin ən münasib bir qiymət olduğunu deyib. O, hazırkı qiymətlərlə neft bazarının sabit olduğunu bildirib.

Səudiyyə Ərəbistanının neft naziri Qahirədə Neft İstehsal edən ərəb ölkələrinin zirvə görüşü çərçivəsində çıxış edib. Bu, daha geniş OPEK təşkilatının modelinə əsaslanan regional qurumdur.

OPEK dünya neftinin 40 faizini istehsal edir.

Cümə günü xam neftin qiymətləri təxminən bir dollara qədər edərək günün sonu bir barrel üçün 75 dollar 75 sent təşkil edib.


XS
SM
MD
LG