Accessibility links

Prezident Obama amerikalıları işlə təmin etmək üçün əlindən gələni etməyə söz verib


ABŞ prezidenti Barak Obama amerikalıların işlə təmin olunması üçün əlindən gələni edəcəyini bildirib.

Özünün həftəlik radio müraciətində prezident Obama deyib ki, o, hər gün diqqətini iqtisadiyyatın inkişafı və insanların məhsuldar işlə təmin edilməsi məsələsilə məşğul olmağa yönəldəcək.

Prezident Obama ABŞ-ın Əmək nazirliyinin statistik göstəricilərinin iş bazarında müsbət tendensiyanın yaranaraq, işsizlik səviyyəsinin 10,2 faizdən 10 faizə enməsinə işarə ediyini qeyd edib.

Bununla belə, cənab Obama deyib ki, müsbət tendensiyalar hələ də işsiz qalan milyonlarla amerikalı üçün kifayət deyil. O bildirib ki, tendensiyalarla nə ərzaq almaq, nə də kollec haqqını ödəmək mümkündür.

Prezident Obama gələn həftənin çərşənbə axşamı günü iş yerlərinin artırılmasına dair təkliflərini açıqlamaq üçün çıxış etməyi planlaşdırır.

XS
SM
MD
LG