Accessibility links

ABŞ, Britaniya və əfqan hərbi qüvvələri Taliban ərazisində irəliləməyə davam edir


ABŞ dəniz piyadaları Əfqanıstanın cənubunda militantların təchizat yollarını kəsmək məqsədilə keçirilən əməliyyatları davam etdirərək, Talibanın əsas istinadgahı istiqamətində irəliləyir.

Əməliyyat dünən Helmənd vilayətinin Nou Zad vadisində başlayıb.

Bu, prezident Obamanın Birləşmiş Ştatların Əfqanıstanda yeni strategiyasını elan etməsindən sonra ABŞ-ın başçılığı ilə keçirilən əsas hərbi əməliyyatdır.

Əməliyyatda min Amerika hərbi dənizçisi, 150 əfqan əsgəri və Britaniya əsgərləri iştirak edirlər.

Rəsmilər əməliyyatın birinci günü inkişaf əldə edən qüvvələrin dörd Taliban yaraqlısını qətlə yetirdiyini, yüzlərlə silah və partlayıcı ələ keçirdiyini bildiriblər.

Koalisiya və əfqan qüvvələri arasında tələfat barədə xəbər verilməyib.

XS
SM
MD
LG