Accessibility links

ABŞ Senatında səhiyyə islahatları ilə bağlı debatlar keçirilir


Birləşmiş Ştatlar Senatı mübahisələrə səbəb olan əhatəli səhiyyə planını müzakirə etmək üçün bu gün çox az hallarda olduğu kimi iclas keçiir.

ABŞ prezidenti Barak Obamanın daxili siyasətində prioritet məsələ ilə bağlı debatlar Senatın bəzi düzəlişlər əlavə etmək planları ilə bazar ertəsindən başlayıb.

Ağ Ev və Konqresdə demokratların liderləri qanun layihəsinin bu ilin sonuna qədər qəbul edilməsini istəyir. Lakin partiyalar arasında məsələ ilə bağlı mübahisələr debatların tempinə təsir göstərir.

Prezident və Demokrat partiyasının digər üzvləri deyirlər ki, səhiyyə islahatları səhiyyə xərclərinin azalmasına gətirib çıxararaq, iqtisadiyyata kömək edəcək.

Lakin respublikaçılar bununla mübahisə edərək, qanun layihəsinin hökumətin daha artıq nəzarətinə imkan verəcəyini deyirlər.


XS
SM
MD
LG