Accessibility links

Rusiyada yanğın qurbanlarının dəfn mərasimi keçirilib


Rusiyanın Ural vilayətindəki Perm şəhərinin sakinləri azı 112 nəfərin ölümünə səbəb olmuş gecə klubu yanğınının ilk qurbanlarının dəfn mərasimində iştirak ediblər. Rəsmilər şənbə günü baş verən alovda ölənlərin sayının arta biləcəyini deyirlər, çünki bir çox yaralananlar xəstəxanada son dərəcədə ağır vəziyyətdədirlər. Rusiya prezidenti Dmitri Medvedev bazar ertəsini milli matəm günü elan edib. Cənab Medvedev gecə klubunun sahiblərinin cəzalandırılmasını tələb edib. O, deyib ki, onlar yanğın müfəttişlərinin təkrar xəbərdarlıqlarını qulaqardına vurublar.
XS
SM
MD
LG