Accessibility links

Türkiyə polisi kürd nümayişçilərlə toqquşub


Türkiyənin cənub şərqində polis həbsdə olan qiyamçı liderlə rəftara etiraz edən minlərlə kürd nümayişçiləri ilə toqquşub. Toqquşmada bir universitet tələbəsinin güllə ilə vurularaq qətlə yetirildiyi bildirilir. Tələbəyə atəş açan şəxsin kimliyi hələlik aydın deyil. Şahidlər deyir ki, polis təhlükəsizlik qüvvələrini və hakim partiyanın Diyarbəkirdəki baş qərargahını daşa basan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Kürdlər yasaq edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) lideri Abdulla Öcalana dəstəklərini izhar ediblər. Öcalan 1999-cu ildən bəri ömürlük həbs cəzası çəkdiyi İmrəli adasındakı şəraitin pisliyindən şikayət edib. Kürd siyasi qrupu olan Demokratik Cəmiyyət Partiyasının taleyini həll edəcək dinləmələr yaxınlaşdıqca Türkiyənin kürdlər yaşayan regionlarında gərginlik yaşanır.
XS
SM
MD
LG