Accessibility links

İran hökuməti Tələbə Günü ərəfəsində gərgindir


İranlılar xəbər verir ki, tələbə fəalların nümayiş keçirməyə hazırlaşdığı bir vaxtda ölkdə internet və mobil telefon xidmətləri yavaşayıb və yaxud ümumiyyətlə kəsilib. Tehran və İranın müxtəlif şəhərlərindəki mənbələr bildirir ki, hökumət orqanları fəalların bir-birlərinə mesaj göndərmələrinin qarşısını almaq üçün rabitəni bilərəkdən pozur. Hökumət habelə xarici jurnalistlərə dekabrın 7-dən 9-dək ölkədə baş verəcək hadisələri işıqlandırmağı qadağan edib. Bazar ertəsi İranda Milli Tələbə Günüdür. Bu olay 1953-cü ildə anti-Amerika nümayişlərində iştirak edən üç tələbənin öldürülməsini yad edir. İslahatçı müxalifət fəalları dövlətin sponsorluq etdiyi tədbiri prezident Mahmud Əhmədinjead hökumətinə qarşı etiraz aksiyasına çevirməyi planlaşdırır. İran hökuməti dissident baxışlarına görə tanınan sabiq prezident Əli Əkbər Haşemi Rəfsəncani hökuməti konstruktiv tənqidi susdurduğuna görə tənqid etmiş, eyni zamanda müxalifətçiləri öz etirazlarını qanun çərçivəzinsə izhar etməyə səsləmişdir.
XS
SM
MD
LG